Xəzər Xəbər

Azərbaycanda daha bir nadir əməliyyat

Cəmiyyət | 12:17 • 9 Yanvar 2018
Azərbaycanda daha bir nadir əməliyyat
Azərbaycanda çox nadir və mürəkkəb əməliyyat həyata keçirilib.

Səhiyyə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində icra olunub. 48 yaşlı qadın xəstənin böyrəküstü vəzindəki törəmə qapalı yol ilə xaric edilib. Bu barədə əməliyyatı icra edən şöbə müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolan bildirib ki, pasiyent çox ciddi endokrinoloji problemlərlə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Araşdırmalar zamanı müəyyən edilib ki, xəstənin sol böyrəküstü vəzində çox böyük törəmə var. Pasiyentin əvvəllər qarın boşluğunda müxtəlif açıq əməliyyatlar keçirilməsinə baxmayaraq, yenidən əməliyyatın laparoskopik yolla aparılmasına qərar verilib. Texniki cəhətdən çox mürəkkəb olsa da, əməliyyat uğurla başa çatdırılıb. Hazırda xəstənin vəziyyəti stabil və qənaətbəxşdir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti