Xəzər Xəbər

Bu avtobusların son dayanacağı dəyişir Tarix bəlli oldu

Cəmiyyət | 15:49 • 6 Yanvar 2018
Bu avtobusların son dayanacağı dəyişir

Yanvar ayının 13-dən Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək.

Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması istiqamətində işlər yekunlaşıb. Metronun "Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

Yaxın vaxtlarda istifadəyə veriləcək "Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən ətraf kənd və qəsəbələrdən "Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd günün pik saatlarında metronun "Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Qeyd edək ki, hazırda Bakıda "Koroğlu”, "28 May” və "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq növbəti belə mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti