Xəzər Xəbər

Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!

Cəmiyyət | 14:26 • 9 Dekabr 2017
Qış aylarında bu dərmanlardan

Türk Gepatologiya Dərnəyi İdarə Heyətinin üzvü professor Orxan Sezgin soyuq havada bəzi dərmanların istifadəsinin mənfi nəticələrə gətirib çıxaracağı qənaətindədir.

Həkim ağrıkəsici dərmanların mədə və bağırsaqlara zərər verdiyini bildirib. Bəs mədəyə zərər verən dərmanları istifadə edərkən nələrə diqqət etməli?

Qış aylarında soyuqdəymə, iltihablaşma və qrip kimi xəstəliklərin tez sağalması üçün bəzi dərmanlardan istifadə etmək məcburiyyətində qalırıq.

Sezgin bildirib ki, mövsüm dəyişikliyi ilə əlaqədar olaraq çox isti havalarda ürək-damar xəstəlikləri və hipertoniya kimi problemlər, soyuq aylarda isə əsasən alt və üst tənəffüs sistemi xəstəlikləri şiddətlənir:

"Bahar aylarında mədə və bağırsaq şikayətləri, mədə pozğunluğu və qarın ağrısı problemlərinin artdığını daha çox müşahidə edirik. Bu problemlərin artmasına təsir edən amillər dəqiq bilinməsə də, iqlim dəyişikliyi nəticəsində baş verən təzyiq və ya qidalanma dəyişiklikləri ola bilər.

Orqanizmə təsir edən digər amil isə havaların soyuması ilə ağrı kəsici və qızdırma əleyhinə dərmanlardan istifadənin artmasıdır. Bu məqsədlə ən çox istifadə edilən Non-steroid anti-inflamatuar adlanan revmatizm dərmanları mədə və bağırsaqlara ziyan verə bilmək potensialına malikdir. Bu dərmanların reseptsiz, həddindən artıq istifadəsi mədə və on iki barmaq bağırsağında xora inkişafına, qanaxmaya və ya deşilmə kimi ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb olur".

Professorun sözlərinə görə, havalar soyuyanda lazımsız ağrı kəsici və revmatizm dərmanlarının istifadəsindən uzaq durmaq və onları həkim nəzarəti altında istifadə etmək lazımdır./publika.az

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti