Xəzər Xəbər

Professor İsmayıl Kazımov: “Ən yeni Azərbaycan dili”nin qrammatikası yazılmalıdır

Cəmiyyət | 12:04 • 4 Dekabr 2017
Professor İsmayıl Kazımov: “Ən yeni Azərbaycan dili”nin qrammatikası yazılmalıdır

Dövlət Dil Komissiyasının yeni tərkibi Azərbaycanın sayılıb seçilən, dövlətçiliyimizi, dilimizi qəlbən sevən humanist təbiətli, dərin savadlı şəxsiyyətlər və alimlərdir. Onlar ana dilinə hörmət və məhəbbətlə yanaşan, dilin təmizliyi və saflığı, həmçinin inkişafı üçün əzmlə mübarizə aparan, bu işə nəzarət edən cavabdeh insanlardır. Yeni tərkibin təsdiqi ilə yeni bir elmi-linqvistik mərhələ başlanır. Həmin mərhələdə dil haqqında köhnə stereotiplər dağıdılmalı, ümumi fikirlərdən konkret işlərə keçilməlidir.


Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımov deyib. "Yeni tərkibdə olan alimlər nəzarət etməlidir ki, danışıq aktı ən çox öyrənilən sahələrdən birinə çevrilsin. Son dövrlərdə nitq aktının öyrənilməsinə həsr edilmiş tədqiqat işləri dilçiliyin bir neçə sahəsinin - kommunikativ, tətbiqi, praqmatik, funksional dilçilik sahələrinin sintezini yada salır. Dilimizin leksik zənginliyi, onun qrammatik və üslub sisteminin uyğunluğu cəmiyyətin inkişafının nəticəsi, onun elmi və mədəni yüksəlişinin göstəricisi, insanların idrak fəaliyyətinin yekunudur. Dil insanların sosial təcrübəsinin qorunub saxlanılmasının işarəvi, yəni kodlaşdırılmış vasitəsidir”, - deyə İ.Kazımov bildirib.


Müasir Azərbaycan dilinin çoxcildlik qrammatikasının yenidən hazırlanmasına başlanıldığını deyən professor vurğulayıb ki, bütövlükdə dil vahidlərinin konseptual-linqvistik təsviri işləri müəyyənləşdirilməlidir. İndiyə qədər dilçilik mövzularının tədqiqi əsas etibarilə ənənəvi-təsviri, tarixi-müqayisəli və müqayisəli-tarixi aspektlərdə aparılıb. Lakin həmin mövzular hazırda konseptual istiqamətdə öyrənilməlidir. "Ən yeni Azərbaycan dili” nin qrammatikası yazılmalıdır. Sovet dönəmində yazılmış qrammatikaların çatışmazlıqları və tutarsızlıqları yeni bir elmi-konseptual kontekstdə düzgün müəyyənləşdirilməlidir. Azərbaycan dilinin quruluşuna müasir dilçilik nəzəriyyələrinin, müxtəlif linqvistik istiqamətlərin başqa inkişaf etmiş dillərdəki tətbiqinin işığında yanaşılmalıdır.


Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibi təsdiq edilib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti