Xəzər Xəbər

Aprel döyüşlərində yaralanan hərbçi Türkiyədə əməliyyat olundu 3D printerlərin köməyi ilə kəlləsi bərpa edildi - FOTOLAR

Cəmiyyət | 09:59 • 16 Oktyabr 2017
Aprel döyüşlərində yaralanan hərbçi Türkiyədə əməliyyat olundu

Aprel döyüşlərində yaralanan 28 yaşlı hərbçi Yaşar Ağayev Türkiyədə Gülhanə xəstəxanasında əməliyyat olunaraq, baş nahiyəsinə süni baş qapağı qoyulub.

XəzərXəbər Haber Türk-ə istinadən xəbər verir ki, Yaşar Ağayev Bakıda 3 dəfə əməliyyat olunub, 46 gün komada qalmışdı.

Əməliyyatdan sonra jurnalistlərə təəssüratlarını bölüşən hərbçi bildirib ki, yaralandıqdan sonra kəlləsinin yarısının olmadığını güzgüdə gördükdə soyuqqanlı davranıb:

"Bədənimin sol tərəfinin işləməməsi isə mənim üçün böyük bir çətinlik idi. Mən bir dəfə əziyyət çəksəm də, ailəm həmişə mənə görə kövrəlirdi. Mən anamın yanında heç vaxt başıaçıq gəzmirdim. Çünki, başımı belə görüb ağlayırdı."

Gülhanə xəstəxanasının beyin və sinir cərrahı Özkan Tehli 13 nəfərlik həkim heyəti ilə "kranioplastika" əməliyyatı həyata keçirərək, 3D printerlərin köməyi ilə Y. Ağayevə baş nahiyəsinə süni baş qapağı qoyulduğunu bildirib:

"O, xəstəxanamıza gəldikdə danışa, yeriyə bilmirdi. 5 əməliyyat və 1 il yarımlıq müalicədən sonra o, həm danışır, həm də yeriyə bilir. Görünüşündəki qüsur da aradan qaldırılıb." - , deyə həkim bildirib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti