Xəzər Xəbər

Bakıda parkinqlər onlar üçün pulsuz olacaq

Cəmiyyət | 12:56 • 12 Oktyabr 2017
Bakıda parkinqlər onlar üçün pulsuz olacaq

Bakıda parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan sakinlər üçün pulsuz parklanma yerləri ayırılacaq və onlara fərdi parklanma talonu veriləcək.

XəzərXəbər xəbər verir ki, bu barədə "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilib.

Dəyişikliyə əsasən fərdi parklanma talonuna dair məlumatların Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi təmin ediləcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, pulsuz parklanma yerlərindən istifadə sakinlərin işini xeyli asanlaşdıracaq.

"Əgər vətəndaşın yaşadığı evin yanında pullu parklanma yeri varsa, həmin şəxs avtomobilini orada pulsuz saxlaya biləcək. Onlara talon veriləcək ki, parklanma olan yerdə pulsuz olaraq avtomobillərini saxlaya bilsinlər. Məlum olduğu kimi icra hakimiyyəti tərəfindən bir neçə yerdə pullu parklanma quraşdırılıb. Kimin yaşadığı evin yanında pullu parklanma yeri varsa, bu, onlara aid olacaq. Talonları icra hakimiyyətləri verəcək. Talonun verilmə proseduru hələ müəyyənləşməyib. Bunu Nazirlər Kabineti təsdiq edəcək. Ondan sonra məlum olacaq ki, həmin talonları almaq üçün hansı sənədlər tələb olunacaq”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti