Xəzər Xəbər

Qaz limitini keçməyənlərə ŞAD XƏBƏR: "Azəriqaz" açıqladı

Cəmiyyət | 15:42 • 28 Sentyabr 2017
Qaz limitini keçməyənlərə
Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanadək 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır. Maraqlıdır, abonentin limitində qalıq qalıbsa, 2018-ci ildə bundan istifadə edə bilərmi.

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayi abunəçilər üçün qaranlıq qalan bu sualı cavablandırıb: "Abonentə verilən limit başa çatmayıbsa, dəyəri 2017-ci ildə ödənilibsə, 2018-ci ildə verilən növbəti limitə əlavə olunacaq”.

Maraqlıdır, havaların soyuması ilə əlaqədar olaraq təbii qazın verilişində artım olubmu. İ.Kərbəlayi ötən günlə müqayisədə artım olduğunu bildirib:

"Təbii qazın verilişi tələbata uyğun tənzimlənir. Havalar soyuduqca tələbata uyğun olaraq mavi yanacağın gəcmi 3-4 dəfəyədək artırılır. Ötən günlərlə müqayisədə havalar soyuyub. Sentyabrın 27-də ölkə üzrə sərf olunan təbii qazın miqdarı 7 milyon 855 min kub metr olubsa, bu gün hələlik 362 min kub metr sərfiyat qeydə alınıb. Ümumilikdə bu günlük sərfiyat 8 milyon 217 min kub metrə çatıb”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti