Xəzər Xəbər

Əgər səhərlər qəhvə içirsinizsə, mütləq oxuyun...

Cəmiyyət | 12:08 • 17 Sentyabr 2017
Əgər səhərlər qəhvə içirsinizsə, mütləq oxuyun...

Qəhvə haqqında fikirlər birmənalı deyil. Bəziləri onun zərərli, bəziləri xeyirli olduğu haqda fikirlər söyləyir. Bu mövzuda ən böyük mübahisələrdən biri də səhər günə qəhvə ilə başlamaqdır. XəzərXəbər aile.lent.az-a istinadən bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.

Həkimlər nahar etmədən günə sadəcə qəhvə ilə başlayanların öz səhhətlərini təhlükəyə atdıqlarını deyirlər. Belə ki, bu, ilk növbədə, həmin insanın həm bədəni, həm də psixologiyasına mənfi təsir göstərir. Günə yalnız qəhvə içərək başlayanlarda ürək döyüntüsü, qastrit və mədə riski daha yüksəkdir.

Nahar şərtdir

Xüsusilə yaz aylarında nizamlı səhər yeməyi yemək vacibdir. Son dövrdə qəhvə içib işə getmək ənənə halını alıb. Bunu edən insanlar qəhvənin enerji verdiyini düşünürlər. Halbuki qəhvə kafein ehtiva etdiyi üçün diqqəti artırsa belə, bədənə enerji vermir. Səhərlər yalnız bir fincan qəhvə içib işə başlayanlarda ürək döyüntüsü, qastrit və mədə spazmı müşahidə edilir. Bunun əvəzinə gündə 2-3 litr su içmək məsləhətdir. Mütləq evdən çıxmazdan əvvəl ən azından bir dilim çörək, bal, bir stəkan çayla da olsa, səhər yeməyi yeyin. Səhər yeməyi bədənin immunitet sistemi üçün böyük əhəmiyyət daşıyır. Yaxşı səhər yeməyi nəticəsində bədən aldığı enerji sayəsində istiliyini - 37.5 dərəcəni qoruyur. Gündə 2- 3 litr su isə bədənimizdə istiliyə nəzarət edir.

Həmçinin çox isti günlərdə bədən hərarətini aşağı salmaq üçün su içmək lazımdır. Ayran və ev şəraitində hazırlayacağınız təbii su və şirələr də içə bilərsiniz. İsti havada bədən tərləmə yolu ilə natrium və kalium itirir. Natrium və kalium ehtiyacı üçün duzlu ayran və ya mineral su içmək məsləhətdir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti