Xəzər Xəbər

Bəzi dövlət qulluğu vəzifələrinin tutulması üçün staj müddəti şərti yoxdur - Bəhram Xəlilov

Cəmiyyət | 11:25 • 14 Sentyabr 2017
Bəzi dövlət qulluğu vəzifələrinin tutulması üçün staj müddəti şərti yoxdur -

Dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlərin və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu şərtlərdə bütün dövlət qulluğu vəzifələrinin tutulması üçün tələblər müəyyənləşdirilib. Bunlar ilk növbədə namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlərdir.

B.Xəlilov deyib ki, bəzi dövlət qulluğu vəzifələrinin tutulması üçün staj müddətinin olması şərt yoxdur:

"Dövlət qulluğu vəfizələri fərqli olduğu kimi onların tutulması şərtləri də fərqlidir. Hansısa bir vəzifə üzrə staj müddəti zəruri şərt kimi nəzərdə tutula bilərsə, digərlərində belə şərt yoxdur. Aşağı təsnifat vəzifələri üçün staj tələbinin qaldırılmasını çoxdan etmişdik ki, bizim ali məktəbi bitirən gənclərimiz vakant dövlət qulluğu vəzifələrinin tutulmasında iştirak edə bilsinlər".

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti