Xəzər Xəbər

Abituriyentlərə XƏBƏRDARLIQ: son gündür

Cəmiyyət | 10:30 • 21 Avqust 2017
Abituriyentlərə XƏBƏRDARLIQ:

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə bildiriblər ki, abituriyentlər tələb edilən sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb lazımi sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və o, qəbul olunanlar siyahısından xaric edilir.

Xəbər lenti