Xəzər Xəbər

Kredit kartı, bank krediti ilə qurban kəsmək olarmı?

Cəmiyyət | 17:10 • 16 Avqust 2017
Kredit kartı, bank krediti ilə qurban kəsmək olarmı?

Qarşıdan Qurban Bayramı gəlir. Bu mərasimbütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Qurban Bayramında, əsasən, qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Nəzərə alsaq ki, hazırda ölkədə ətin kilosu 10-12 manat arasında dəyişir, qurbanlıq qoyunların qiyməti bu il də 120-160 manat arasında olacaq. Göründüyü kimi, Qurban kəsərək Allahın könlünü almaq elə də ucuz başa gəlməyəcək. Bəs, bankdan kredit götürərək və ya kredit kartı ilə ödəniş edərək qurbanlıq heyvan almaq olarmı?

Din xadimi Hacı Şahin HəsənliOxu.Az-a açıqlamasında bildirdi ki, qurban kəsmək üçün kredit almağa ehtiyac yoxdur. Ümumiyyətlə, borcla qurban kəsilməsi günah hesab edilir: "Qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacibdir. Çünki ziyarətin ayinləri arasında yer alır. Əks halda Qurban bayramında qurban kəsmək zəruri deyil".

Qeyd edək ki, Türkiyənin Dəyanət İşləri Ali Təşkilatı qurbanlıqların kredit kartı, bank krediti və kreditlə alınmasının ancaq borcun gecikdirilməməsi, faiz hesablanmaması halında mümkün olduğunu açıqlayıb: "Qurban kəsməklə mükəlləf olan şəxs qurbanlıq heyvanı nağd ala biləcəyi kimi, kredit kartı ilə tək çəkim və ya müddətli olaraq borcu ödəməklə də ala bilər. Qurbanlığın kredit kartı ilə alınması onun qəbuluna maneə yaratmır. Ancaq kredit kartı üzrə borcun zamanında ödənilməsi vacibdir. Gecikmələrdən qaynaqlanan faizlərin yığılmasına da icazə verilməməlidir”.

Xəbər lenti

Çox oxunanlar