Xəzər Xəbər

Məktəbli forması bahalaşacaq? - Bakı Tikiş Evindən AÇIQLAMA

Cəmiyyət | 11:30 • 18 İyul 2017
Məktəbli forması bahalaşacaq? -

Manatın məzənnəsi stabilləşdiyindən məktəbli formalarının qiymətində dəyişiklik gözlənilmir.

Bu barədə Modernaz-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

O hazırda məktəbli formalarının tikildiyini qeyd edib: "Tikiş evində məktəbli formalarının tikilişi davam edir.Biz parçaları Türkiyədən dollarla alırıq. Həmin parçalar yüksək keyfiyyətlidir. Hələlik manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük. Əgər dollar yenidən bahalaşsa, məcbur qalıb qiymət artımına gedə bilərik”.

E.Əzimov milli valyutanın məzənnəsində baş verə biləcək dəyişiklikdən sonra qiymətlərin bahalaşacağını istisna etməyib.

Qeyd edək ki, 2016-cı ildə BTE istehsalı olan məktəbli formalarının qiymətini 8,5 faiz bahalaşıb. Aşağı siniflər üçün 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək, yuxarı sinif şagirdləri üçün 32 ölçüdən 54 ölçüyədək məktəbli forması dəstinin qiyməti 43 manatdan 46 manatadək artırılıb.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024