Xəzər Xəbər

Bakı bulvarında ailəvi gəzinti - çay 32 manat, qayıqla gəzinti 3 manat - QİYMƏTLƏR - FOTO

Cəmiyyət | 10:25 • 18 İyul 2017
Bakı bulvarında ailəvi gəzinti -

İsti yay günlərində hələ də məzuniyyətə çıxa bilməyən paytaxt sakinləri adətən iş saatlarından sonra və ya həftəsonu Bakının rəmzlərindən birinə çevrilmiş Dənizkənarı Milli Parka üz tuturlar.

BAKU.WSxəbər verir ki, Yaşıllıq, dəniz havası, müxtəlif əyləncə növləri - bütün bunları bir arada tapa biləcəyimiz və ailəmizlə gedə biləcəyimiz ən optimal variantdır Bakı bulvarı.


Bulvarda müxtəlif iaşə xidmətləri göstərən işbazlar da bunu çox gözəl başa düşdükləri üçün yenə də bu məkanda fantastik qiymətlər at oynadır. Nəticədə bir neçə saatlıq xoş vaxt keçirmək istəyən ailə az qala bu müddətdə aylıq maaşının yarısını xərcləməli olur.


Dənizkənarı Milli Parkda apardığımız müşahidələr və keçirdiyimiz sorğu nəticəsində orta qiymətləri müəyyənləşdirib, sizə də təqdim edirik.


Yayın ən vazkeçilməzi - adi, qazsız suların 0,5 litrliyi bu məkanda 50 qəpiyədir. Ən ucuz dondurmanın qiyməti də elə bu qədərdir.


Məşhur "Mirvari" kafesində sadə çay verilmir. Lakin əlimizdəki fotoaparata görə jurnalist ola biləcəyimizi düşünüb, limonla çayı bizə 3 manata təklif etdilər.

Başqa bir kafedə bir stəkan çay 1 manata təklif olunurdu.

Çayı yalnız şokoladla təqdim etdiklərini deyən digər kafedə isə bu qiymət 5 manata bərabərdir.

Bulvar gəzintinizi unudulmaz etmək istəyib, foto çəkdirmək istəsəniz, 2 manat ödəməli olacaqsınız.


Bulvarın daha bir atributu - Venesiyada qayıqla gəzinti böyüklər üçün 3 manata, uşaqlar üçün isə 2 manatadır.

Venesiyada çay dəstgahının qiyməti isə 32 manatdır.


Bulvara uşaqla gəzməyə çıxanlar isə atraksionlara minmədən keçinə bilmirlər. Onların qiyməti isə adambaşı 1-2 manat arasında dəyişir.

Göründüyü kimi, adicə hava almaq bəhanəsi ilə gəzintisinə çıxdığımız bulvar da indi o qədər də ucuz olmayan əyləncələr sırasına qoşulub. Bulvara 3 nəfərlə istirahətə getsəniz minimum 30-35 manat arasında xərc çəkməlisiniz.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024