Xəzər Xəbər

700 bal toplayanlar seçəcəkləri universitetləri açıqladılar - FOTOLAR

Cəmiyyət | 09:38 • 17 İyul 2017
700 bal toplayanlar seçəcəkləri universitetləri açıqladılar -

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Modern.az xəbər verir ki, budəfəki imtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent maksimum nəticə göstərərək 700 bal toplayıb.


Bunlar Bakı şəhəri, Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.

Rekordçulardan biri Pərvin Əhmədova təəssüratlarınıModern.az-labölüşüb. O, hüquqşünas olmaq istədiyini bildirib: "Ya Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, ya ADA universitetinin Dövlət və ictimai münasibətlər fakültəsini seçəcəyəm. İlk imtahanda 657 bal toplamışdım. Testlərin cavabı doğru idi, sadəcə kodlaşdırmada səhv etmişdim. Bu dəfəki imtahanda özümə söz verdim ki, kodlaşdırmada səhv etməyəcəm. Ətrafdakıların, yaxınlarımın, müəllimlərimin mənə olan güvəni bu nəticələrə təsir etdi”.

Digər rekordçu orta məktəbi qızıl medalla bitirən İlhamə Hüseynova ilk imtahanda 685 bal topladığını deyib:

"İlk imtahanda çox həyəcanlı idim, bu dəfə isə yox. 700 bal toplayacağıma inanırdım. İmtahandakı suallara gəlincə, çətinlik dərəcələri eyni idi. Suallar demək olar ki, ağır deyildi mənim üçün. İki il repetitor yanında hazırlaşmışam. Müəllimlərimə mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Vətənə, millətə layiqli vətəndaş olmağa çalışacağam”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti