Xəzər Xəbər

"Böyük Qayıdış" davam edir: 20 ailə Talış kəndinə köçürülüb VİDEO

Veb TV | 21:11 • 16 Mart 2023
"Böyük Qayıdış" davam edir: 20 ailə Talış kəndinə köçürülüb

Qarabağa "Böyük Qayıdış"ın növbəti mərhələsi reallaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bu gün Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə əhalinin köçürülməsinə başlanıb.

Kəndə ilkin mərhələdə 90 nəfərdən ibarət 20 ailə köçürülüb.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, işlər yekunlaşdıqca digər rayonlara da mərhələli şəkildə qayıdış reallaşacaq.

Bununla yanaşı, Qarabağ iqtisadi rayonunda - Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra layihələndirmə işləri yekunlaşmaq üzrədir.

Füzuli rayonunun Pirəhmədli, Dədəli və Dövlətyarlı kəndində bərpa prosesinə bu ilin sentyabr ayında start veriləcək.a

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar