Xəzər Xəbər

Bir sıra ölkələrin beyin mərkəzlərinin rəhbərləri Ağdama səfər ediblər VİDEO

Veb TV | 21:36 • 26 Noyabr 2022
Bir sıra ölkələrin beyin mərkəzlərinin rəhbərləri Ağdama səfər ediblər

Noyabrın 26-da “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans iştirakçıları Ağdama səfər ediblər.

Xezerxeber.az xəbər verir ki, ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri şəhərdə işğal zamanı törədilmiş dağıntıları yerində müşahidə ediblər. Onlara məhv edilmiş mədəni abidələrin tarixi, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və quruculuq işləri, eləcə də infrastruktur layihələrinə dair ətraflı məlumat verilib.

Xarici qonaqlar həmçinin minatəmizləmə prosesilə tanış olublar.

Dünyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri şəhərin dağıdılmasından təsirləndiklərini bildiriblər.

Nümayəndələr həmçinin dünən baş tutan önəmli konfrans haqqında fikirlərini bölüşüblər. Onlar Azərbaycan Prezidentinin dünyaya önəmli mesajlar göndərdiyini bildiriblər.

Sonra qonaqların Şahbulaq qalası, Cümə məscidi, Dram teatrı, Şəhidlər xiyabanı və Çörək zavoduna ziyarəti təşkil edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar