Xəzər Xəbər

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Gündəm | 18:26 • 18 Aprel 2024
Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Fransa assimilyasiya siyasəti aparır. Bu, balığı suda boğmaq kimi bir şeydir. Buna imkan verməyəcəyik.

Xezerxeber.az xəbər verir ki, bunu Yeni Kaledoniyanın Senat katibliyinin əməkdaşı, Yeni Kaledoniya üzrə ekspert, tarixçi Jan İv Poedi aprelin 18-də Milli Məclisdə keçirilən mətbuat konfransı zamanı deyib.

“Müstəmləkə altında milli mənsubiyyəti qoruyub saxlamaq çox çətindir. Fransa isə əlbəttə, bunu istəmir və təzyiq göstərir. Bizim əsas məqsədimiz mədəniyyətimizi, dəyərlərimizi qoruyub saxlamaqdır. Gənc nəslin tərbiyəsi istiqamətində buna diqqətlə yanaşırıq”, - deyə Jan İv Poedi qeyd edib.

Xəbər lenti