Xəzər Xəbər

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, bir pilot həlak olub YENİLƏNİB/FOTO

Dünya | 11:11 • 19 Aprel 2024
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, bir pilot həlak olub

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.

Xezerxeber.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğrayan "Tu22M3"ün ekipaj üzvlərindən biri ölüb, iki ekipaj üzvü sağdır, xəstəxanada müalicələri davam etdirilir.

Məlumatı diyarın qubernatoru təsdiqləyib.

Hazırda 4-cü ekipaj üzvünün axtarışları davam edir.

09:10

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol vilayətində qəzaya uğrayıb.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, təyyarə Krasnoqvardeyski rayonu ərazisindəki əkin sahəsinə düşüb.

Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotlar katapult əməliyyatını həyata keçiriblər, 3 ekipaj üzvü axtarış-xilasetmə qrupu tərəfindən təxliyyə edilib, hazırda daha bir pilotun axtarışı aparılır.

İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub

Onlar xəstəxanaya aparılıb.

Xəbər lenti