Xəzər Xəbər

Koronavirusu təyin etmək üçün ev testi

Maraqlı | 11:02 • 29 Noyabr 2020
Koronavirusu təyin etmək üçün ev testi

Tanınmış ukraynalı həkim Evgeniy Komarovskiy koronavirusu təyin etmək üçün çox sadə üsul açıqlayıb.


 


XəzərXəbər xəbər verir ki, həkimin sözlərinə görə, koronavirusun əsas simptomlarından biri iybilmənin pozulması və ya itməsidir. Bunun səbəbi virusun beyində iybilməyə cavabdeh olan neyronların zədələnməsidir.


 


Soyuqdəymə zamanı da iybilmə azala bilər, lakin bunun səbəbi güclü zökəmdir – burunda çoxlu selik yığılır, selik axır və bunun nəticəsində də qoxubilmə azalır.


 


Koronavirus xəstələrində isə burun adətən axmır, amma onların bir çoxu ən kəskin qoxuları belə ayırd edə bilmirlər.


 


Bunu nəzərə alaraq Komarovskiy "sarımsaq testini" təklif edib. "Bu termometriyadan daha effektli testdir" – həkim bildirib. Əgər insan sarımsağın iyini hiss etmirsə, bu koronavirusa yoluxmaya işarə edə bilər./Sağlamolun.az

Xəbər lenti