Xəzər Xəbər

Bu ölkələrdə 2018-ci il qeyd olunmayacaq FOTOLAR

Maraqlı | 16:20 • 29 Noyabr 2017
Bu ölkələrdə 2018-ci il qeyd olunmayacaq

İndi neçənci ildi? Əslində bu, göründüyü qədər də sadə sual deyil. Hər şey nisbidir.

İnsanlar vaxt axınını bilmək üçün təqvimlər yaradıblar. Lakin zamanın tutmaq və onun başlanğıc nöqtəsini qeyd etmək mümkün deyil. Əvvəli necə tapmaq olar? Hardan hesablanmalıdır?.. Bütün çətinlik də bundadır.

Bu gün dünyada istifadə olunan təqvimlər barədə xəbər verəcəyik.

Azərbaycanda 2018-ci il qeyd olunacaq

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Qriqori təqvimindən istifadə olunur. Təqvim Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunub və daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. Azərbaycanda Yeni il yanvarın 1-dən başlayır. Dekabırın 31-də qurtarır. Yeni güc gecə 00.00-dan sonra başlayır.

Taylandda 2561-ci il olacaq

Taylandda 2018-ci ildə (Qriqori təqvimi ilə) 2561-ci il gələcək. Rəsmi olaraq Tayland buddist ay təqvimi ilə yaşayır. Lakin ölkədə xarici vətəndaşlar üçün istisnalar edilir, həmçinin məhsulların, sənədlərin üzərində bizim adət etdiyimiz təqvimdən də istifadə olunur

Buddist təqvimindən Şri-Lanka, Kamboca, Laos və Myanmada istifadə olunur.

Efiopiyada 2011-ci il olacaq

Efiopiya təqvimi Qriqoriandan 8 il geri qalır, həmçinin 13 aydan ibarətdir: hər biri 30 gündən ibarət 12 ay və uzun ildən asılı olaraq 5-6 gün. Yeni gün isə gecə yarısından sonra yox, günəşin çıxması ilə başlanır. Efiopiya təqvimi qədim Aleksandriya əsasında qurulub.

Pakistanda 1439-cu il qeyd olunacaq

İslam təqvimi dini bayramları müəyyən etmək üçün bir sıra ölkələrdə rəsmi təqvim kimi istifadə olunur. Birinci il Həzrət Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti ilə götürülür. Burda yeni gün gecə yarısından sonra yox, günəşin batması ilə başlayır. Növbəti ay yeni Ayın doğulması ilə hesablanır.

İslam təqviminin uzunluğu günəş təqviminkindən 10-11 gün qısadır və aylar mövsümlərlə qarışır. Əvvəllər yaya düşən ay, bir neçə ildən sonra payıza, qışa düşür və beləcə dövr edir.

İranda 1396-cı il olacaq

İran təqvimi, yaxud günəş hicrisi İran və Əfqanıstanın rəsmi təqvimidir. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanıb. Burda da birinci il Həzrət Məhəmməd Peyğəmbərin hicrəti ilə başlayıb, lakin günəş ilinə əsaslanır. Ona görə burda aylar eyni fəsillərlə üst-üstə düşür.

İran təqvimində yeni iş günü şənbədən başlayır və istirahət günü hesab edilən cümə günündə bitir.

Hindistanda 1939-cu il olacaq

Hindistanın Vahid Milli Təqvimi 1957-ci ildə qəbul olunub. Onun əsasında qədim xronologiya sistemi olan saks erası durur. Kambocada da bu təqvimdən istifadə edilir.

Hindistandan müxtəlif xalqlar və tayfalar tərəfindən istifadə edilən başqa təqvimlər də mövcuddur. Bəziləri birinci ili Krişnanın ölümü (e.ə. 3102-ci il), digərləri Vikramın hakimityyətə gəldiyi 57-ci ili, bir başqa tayfa Budda Qautamanın ölüm ilini (e.ə, 543-cü il) götürür.

Yaponiyada 30-cu il olacaq

Yaponiyada həm İsa Məsihin doğum günündən hesablanan sistem, həm də ənənəvi - imperatorların hakimiyyət illəri ilə hesablanan təqvimdən istifadə olunur. Hər bir imperator öz dövrünə müəyyən ad qoyur: bu öz hakimiyyət illərinin devizi sayılır.

1989-cu ildən bəri Yaponiyada «Sülh və asayiş dövrü» erasıdır, taxtda imperator Akihito əyləşib.

Bundan əvvəl «Müdriklik dünyası» - 64 il çəkib. Bir sıra rəsmi sənədlərdə 2 tarixdən – həm Qriqorian təqvimindən, həm də Yaponiyada cari dövrün tarixindən istifadə olunur.

Çin təqvimi ilə 4716-cı il daxil olacaq

Çin təqvimindən Kamboca, Monqolustan, Vyetnam və digər Asiya ölkələrində isğifadə olunur. Xronologiya imperator Xuan-dinin e.ə. 2637-ci ildə hakimiyyətə gəlişi ilə hesablanır.

Təqvim Yupiterin astronomik dövrünə əsaslanır. 60 il ərzində Yupiter Günəşi 5 dəfə dövr edir, bu Çin təqviminin 5 elementidir.

Yupiterin Günəş ətrafında bir dövrəsi 12ilə bərabərdir – bu illər təqvimdə müxtəlif heyvanların adları ilə təsniflənib. Qriqorian təqvimi ilə 2018-ci ildə onlarda İt ili olacaq.

Şimali Koreyada 107-ci il qeyd olunacaq

KXDR-də Milad təqvimi ilə yanaşı, 1997-ci ilin iyulun 8-dən çuçxe təqvimi də istifadə olunur. Bu təqvimdə xronologiya Şimali Koreya dövlətinin qurucusu, ölkənin əbədi prezidenti titulunu almış Kim İr Senin doğum ilindən -1912-ci ildən hesablanır. KXDR-də tarix yazılarkən hər iki təqvim qeyd olunur.

Sizin neçə yaşınız var?

Təkcə vaxtı müxtəlif cür hesablamaq olmur. Sən demə insanın yaşı ilə də müəyyən mürəkkəbliklər var. Şərqi Asiyanın bir sıra mədəniyyətlərində Şərqi Asiya sisteminə uyğun hesablanır. Hesab 1-dən başlayır, yəni yeni doğulan uşağın artıq 1 yaşı olur. Yeni yaş günü isə doğum günü ilə yox, yeni ilə uyğun hesablanır. Yəni bu sistemə əsasən yeni ilə görə bayram süfrəsində əyləşən bütün ailə üzvləri eyni anda 1 yaş böyük olur. Belə çıxır ki, hətta eyni gündə doğulsalar belə, asiyalının yaşı avropalının yaşından bir neçə il fərqlənə bilər./faktxəbər

Xəbər lenti