Xəzər Xəbər

Azərbaycanın iki universiteti dünyanın ən yaxşıları arasında – SİYAHI

Gündəm | 16:43 • 8 İyun 2017
Azərbaycanın iki universiteti dünyanın ən yaxşıları arasında

2018-ci il üçün QS dünya universitetlərinin tərtib etdiyi yeni reytinq cədvəli açıqlanıb.

XəzərXəbər xəbər verir ki, Azərbaycandan Bakı Dövlət Universiteti və Xəzər Universiteti düşə bilib.

Belə ki, Bakı Dövlət Universiteti reytinqdə siyahıda 801-1000-ci yerlərdə qərarlaşıb. Bakı Dövlət Universiteti ötən ilki reytinq siyahısı ilə nisbətdə 100 pillə geriləyib. Xəzər Universiteti isə 701 – 750-ci yerlərdə qərarlaşıb. Xəzər Universiteti reytinqdə yerini qoruyub saxlayıb.

Reytinqdə ilk onluqda 5 ABŞ Universiteti, 4 Böyük Britaniya və bir İsveçrə Universiteti qərarlaşıb.

Dünyanın ən yaxşı Universitetlərində ilk onluğa bu universitet daxil olub:

1. Massasuçes texnologiyalar İnstitutu

2. Stanford Universiteti

3. Harvard Universiteti

4. Kaliforniya Texnologiya İnstitutu

5. Kembridc Universiteti

6. Oksford Universiteti

7. London Kollec Universiteti

8. London Kral Kolleci

9. Çikaqo Universiteti

10. İsveçrə federal texnologiya Universiteti

Universitetlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Azvision.az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024