Xəzər Xəbər

Dünyanın yaşamaq üçün ən ideal şəhəri Melbörn seçildi

Dünya | 16:13 • 16 Avqust 2017
Dünyanın yaşamaq üçün ən ideal şəhəri
Avstraliyanın Melbörn şəhəri yaşamaq üçün ən ideal şəhərlərin siyahısında yeddinci dəfə birinciliyi əldə edib. Bu barədə The Economist Intelligence Unit (EIU) hesabat dərc edib. Hesabat dünyanın 140 şəhəri arasında aparılan araşdırmadan sonra açıqlanıb.

Yaşamaq üçün ideal şəhələrin reytinqi hazırlanarkən sabitlik, təhlükəsizlik, infrastruktur, səhiyyə, mədəniyyət və təhsil kimi 30 fərqli sahə nəzərə alınıb.

Reytinqdə qərarlaşan ilk 5 şəhərin adları belədir: Melbörn, Vyana (Avstriya), Vankuver (Kanada), Toronto (Kanada) və Adelaide (Avstraliya).

Rubrikanın digər xəbərləri

Xəbər lenti