Xəzər Xəbər

Azərbaycanda taksi xidmətinin əvəzolunmaz avtomobili “Prius” tarixə QOVUŞA BİLƏR VİDEO

Veb TV | 20:50 • 29 Mart 2024
Azərbaycanda taksi xidmətinin əvəzolunmaz avtomobili “Prius” tarixə QOVUŞA BİLƏR

Taksi fəaliyyəti ilə məşğul sürücülər yeni qərardan sonra avtomobillərini satışa çıxarıblar.

Xezerxeber.az-ın xəbərinə görə, avtomobil bazarı üzrə ekspertlər deyir ki, bir gecədə satışa təklif olunan maşınların sayı 3 dəfə artıb. Üstəlik maşınlar toplu şəkildə satışa çıxarılır.

Qiymətlər 13-14 min manatdan 9 min manata düşüb.

Ekspertin sözlərinə görə, xüsusilə biznesmenlər bir neçə ucuz avtomobil alaraq gündəlik icarəyə verirdilər. İndi həmin sahibkarlar avtomobillərini satışa çıxarırlar. Bu isə digər avtomobillərin də qiymətinə də təsir edəcək.

Ekspert onu da bildirdi ki, bir vaxtlar taksi kimi istifadə olunan avtomobillərin satış qiyməti daha da düşəcək. Buna səbəb isə həmin avtomobillərin daha çox istifadə olunması ilə bağlıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024