Təxminən iki ay sonra Xocalıya ilk köç nəzərdə tutulub.
Xocalıda hazırda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir.
Xezerxeber.az-ın məlumatına görə, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, hazırda təmizlik işləri başa çatmaq üzrədir. Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla paralel olaraq tikinti işləri həyata keçirilir. Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür. Yollar, qaz və su xətləri çəkilir.
Bundan əlavə, Xocalıda Şəhidlər xiyabanı salınır. Xiyabanda kütləvi məzarlıqda tapılan 7 nəfərin qalıqları dəfn olunacaq.
Kütləvi məzarlıqda tapılan qalıqların digərlərinin də DNT araşdırmaları davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.