Xəzər Xəbər

Xocalı soyqırımı zamanı itkin düşən Akif Mahmudov Abşeron rayonunda dəfn edilib VİDEO

Veb TV | 21:27 • 27 Mart 2024
Xocalı soyqırımı zamanı itkin düşən Akif Mahmudov Abşeron rayonunda dəfn edilib

Martın 27-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Akif Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, əvvəlcə Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.

Mərasimdə Xocalı və Abşeron Rayon İcra hakimiyyətlərinin başçıları, hüquq - mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin qalıqları Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan Akif Mahmudov 30 yaşında, 1992-ci ilin 26 fevralda itkin düşüb. Ailəli olub, 2 oğlu var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar