Xəzər Xəbər

Bakıda parklanma qiymətləri kəskin artırılır VİDEO

Veb TV | 21:11 • 27 Mart 2024
Bakıda parklanma qiymətləri kəskin artırılır

Bakıda bəzi böyük avtomobil dayanacaqlarında parklanma qiymətləri kəskin artırılır. 

Xezerxeber.az-ın məlumatına görə, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Artan parklanma qiymətləri arasında saatlıq tariflərdə 1-2 manat artım olsa da, daha çox nəzərəçarpan aylıq tariflərdir. Çünki aylıq tariflərə əsasən 12 saatlıq - 100 manat, 24 saatlıq parkinq qiyməti 140 manat təyin olunub. 

Sürücülər arasında qiymət artımını normal qarşılayanlar da var, baha olduğunu hesab edənlər də. Hətta bəziləri parkinq qiymətlərinin baha olmasının tərəfdarıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, sürücüləri ən çox maraqlandıran aylıq tariflərdir.

Bəs bu qiymətlərin anidən kəskin artmasına səbəb nədir?

Tural Orucov bildirib ki, qiymət artımına səbəb park məntəqələrində yığılan vəsaitin xərcləri qarşılamamasıdır.  

Agentlikdən o da bildirilib ki, həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar