Xəzər Xəbər

Şəmkir və Yevlaxda ağır yol qəzaları: ölənlər və yaralananlar var VİDEO

Veb TV | 20:39 • 27 Mart 2024
Şəmkir və Yevlaxda ağır yol qəzaları: ölənlər və yaralananlar var

Şəmkirdə yeniyetmə ağır qəza törədib. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Abbaslı kəndi yaxınlığında qeydə alınıb.

17 yaşlı oğlan sürücülük hüququ olmadan idarə etdiyi atasına məxsus avtomobillə hərəkətdə olarkən maşını aşırıb.

Avtomobilin aşması nəticəsində sürücü, eləcə də maşında olan sərnişinlər - 15 yaşlı  yeniyetmə və 26 yaşlı Orxan Alıyev ağır xəsarətlər alıblar. Dərhal xəstəxanaya yerləşdirilən yaralılara tibbi yardım göstərilib. Həkimlərin səyinə baxmayaraq Orxan Alıyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Yevlaxda da ağır yol qəzası baş verib. Hadisə Mingəçevir-Bəhramtəpə yolunun Yevlaxın Aran qəsəbəsi ərazisində qorunmayan dəmiryolu keçidində qeydə alınıb. 36 yaşlı Xanlar Ağayevin idarə etdiyi  avtomobil beton dirəyə çırpılaraq hissələrə bölünüb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məluamat görə, avtomobil yüksək sürətlə hərəkətdə olub və döngəyə daxil olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dəfələrlə yuvarlanaraq aşıb.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar