Xəzər Xəbər

Azərbaycan üzərindən yükdaşımalar artacaq VİDEO

Veb TV | 22:12 • 27 Mart 2024
Azərbaycan üzərindən yükdaşımalar artacaq

Çindən Aralıq dənizinə konteyner göndərilməsinin dəyəri 44 faiz artıb. Bu artım isə Şərq ölkələrindən Avropaya gələn məhsulların bahalaşmasında özünü göstərir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan da eyni zamanda Çin və digər şərq ölkələrindən məhsullar idxal edir. Təkcə Çinin Azərbaycanla ticarət dövriyyəsi 1 milyard dollardan çoxdur. Xüsusilə bu ölkədən avtomobil, mebel, toxuculuq və plastik mallar daha çox idxal edilir. Nəqliyyat xərclərinin artması Avropada olduğu kimi Azərbaycan bazarına da təsir edə bilərmi?

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, tranzit marşrutları artıq dəyişib. Azərbaycan burada əsas marşrutların üzərində yerləşir. Bu isə Azərbaycanın tranzit ölkə olaraq  iqtisadi baxımdan strateji əhəmiyyətini birmənalı olaraq artıracaq.

Qeyd edək ki, yeni Şimal - cənub dəhlizi Azərbaycandan keçməklə yüklərin çatdırılma müddətini 1 ay azaldır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar