Xəzər Xəbər

Fermərlərin heyvan saxlamağa marağı niyə azalıb? – ARAŞDIRMA VİDEO

Veb TV | 21:15 • 18 Mart 2024
Fermərlərin heyvan saxlamağa marağı niyə azalıb? – ARAŞDIRMA

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğu göstərir.

Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin əvvəlində Azərbaycanda 2,646 milyon baş iribuynuzlu mal-qara, 8,19 milyon baş qoyun və keçi olub.

Ötən ilin sonunda azalaraq iribuynuzlu mal-qara sayı 2,533 milyon başa, qoyun və keçi sayı isə 7,223 milyon başa düşüb. Bu ilin ilk ayında isə iribuynuzlu mal-qara sayı 2,51 milyon baş, qoyun və keçi sayı 7,06 milyona olub.

Yəni, bir ayda iribuynuzlu mal-qara sayı 23 min baş, qoyun və keçi sayı isə 163 min baş azalıb. Fermerlər bunu yemin baha olması ilə əlaqələndirirlər.

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, Azərbaycan ətə olan tələbatı yerli istehsal hesabına ödəyə bilmir. Heyvan sayının azalması yerli istehsal hesabına ət təminatını bir qədər də pisləşdirəcək.

 Bu vəziyyətdə də idxala ehtiyac artacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar