Xəzər Xəbər

Azərbaycanda avtomobilləri hibrid və ya elektomobillərlə dəyişmə halları ARTIB VİDEO

Veb TV | 21:00 • 18 Mart 2024
Azərbaycanda avtomobilləri hibrid və ya elektomobillərlə dəyişmə halları ARTIB

Təlabat günbəgün artır, idxal qiymətləri də yüksəlir.

Xezerxeber.az xəbər verir ki, hazırda bu tendensiya ölkəyə idxal edilən hibrid avtomobillər və elektomobillərdə müşahidə edilir.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, hazırda daxili bazarda da qiymət artımı var. Buna da əsas səbəb artmaqda olan təlabatdır. İdxal qiymətlərinin artması isə bahalı elektromobillərə üstünlük verilməsinə görədir.

Onun sözlərinə görə, əgər əvəllər xaricdən daha çox 2-ci əl elektomobillər sifariş edilirdisə, hazırda əsasən yeni nəqliyyat vasitələri gətirilir. Beləliklə, elektromobil və ya hibrid avtomobil idxalı üçün xaricə daha çox vəsait axını baş verir. Bundan əlavə, ölkələrarası daşıma xərclərinin artması da qiymətlərə təsirsiz ötüşmür.

Ekspert deyir ki, gələcəkdə xüsusən Avropa istehsalı elektomobillərdə nisbətən ucuzlaşma olacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti