Xəzər Xəbər

Şuşa həbsxanasında ƏSİR saxlanılan Azərbaycanlıların qalıqları... VİDEO

Veb TV | 21:08 • 3 İyun 2023
Şuşa həbsxanasında ƏSİR saxlanılan Azərbaycanlıların qalıqları...

Xəbər verdiyimiz kimi, Şuşada kütləvi məzarlıq aşkar olunub.

Ermənistan uzun illər zənn edirdi ki, işğal etdiyi ərazilərdə həmişəlik qalacaqlar və oradakı cinayətlərinin üstü heç vaxt açılmayacaq. Ancaq üzə çıxan faktlar onların çirkin planlarının üstünü açdı.

Başlıbel, Edilli və Fərrux istiqamətlərindən sonra indi də Şuşadakı həbsxana yaxınlığında kütləvi məzarlıq aşkar olunub.

"Bu faktların şahidləri də var."

O, dövrdə Şuşa həbsxanasında, erməni əsirliyində olan Cəmaləddin Hüseynov bildirib ki, Ağdam işğal olunan zaman, Qiyaslı kəndindən əsir düşüb. Şuşada həbsxanada saxlanılan azərbaycanlılar, onlara qarşı törədilən işgəncə və amansız zorakılıq halllarını öz gözləri ilə görüb.

Kütləvi məzarlığın aşkarlanması, işğal dövründə erməni silahlıları tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin növbəti sübutudur. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının arxivində toplanan informasiyalara əsasən Şuşada bir neçə yerdə kütləvi məzarlıq var.

Aşkar olunan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə həbsxanada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir.

"Məzarlıqda 3-4 insan skeletinin fraqmenti görünür."

Yaxın zamanda ərazidə tədqiqat işləri aparılacaq. Məhz bundan sonra kütləvi məzarlıqda neçə insana aid qalıqların olduğu məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024