Xəzər Xəbər

Xətai rayonu ərazisində qurumuş ağaclar insanlara təhlükə yaradır VİDEO

Veb TV | 19:33 • 9 May 2023
Xətai rayonu ərazisində qurumuş ağaclar insanlara təhlükə yaradır

Xətai rayonu ərazisində naməlum səbəbdən qurumuş ağaclar hər an aşmaq təhlükəsi ilə üz - üzədir.

Xezerxeber.az-ın xəbərinə görə, söhbət rayonun İlqar Zülfüqarov küçəsindəki ağaclardan gedir.

Məktəb və bağçalarla əhatə olunmuş bu yolun kənarındakı ağaclar quruduğundan ətrafa təhlükə saçır.

Bu təhlükə ilə üz-üzə qalanlar həm də qarşıdakı binaların sakinləridir. Onlar bildirir ki, yoldan böyüklərdən daha çox uşaqlar istifadə edir.

Ağacların hazırkı durumu ilə bağlı sakinlər avtomobilləri üçün park yeri tapmaqda da çətinlik çəkirlər.

Ərazidəki vəziyyətlə bağlı nə Xətai Rayon İcra Hakimiyyəti, nə də rayon bələdiyyəsi suallarımıza cavab verdi.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov isə dedi ki, sözügedən ağacların kəsilməsi üçün sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidilər. Nazirliyin verəcəyi rəydən sonra qrurumuş ağacların ərazidən götürülməsi işinə baxıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti