Xəzər Xəbər

Faşizm üzərində Qələbənin 78-ci ildönümüdür VİDEO

Veb TV | 21:20 • 9 May 2023
Faşizm üzərində Qələbənin 78-ci ildönümüdür

Bu gün İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 78-ci ildönümüdür.

Xezerxeber.az-ın xəbərinə görə, İkinci Dünya müharibəsində azərbaycanlılar istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər.

Qısa müddətdə Bakı ordunun ən mühüm cəbhəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni yanacaqla təmin ediblər.

Tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı deyir ki, İkinci Dünya müharibəsi illərində Hitler faşizminin kökü kəsilsə də, SSRİ dağılandan sonra nasizm ideologiyası Ermənistanın timsalında təzahür edib. 30 il ərazilərimizin işğal altında qalması erməni faşizminin iç üzünü göstərdi.

Bu arada, Xarici İşlər Nazirliyi İkinci Dünya müharibəsində nasizm üzərində qələbənin 78-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: ''Nasizm üzərində qələbənin ildönümündə irqçilik, nasizm, faşizm kimi beynəlxalq sülh və təhlükəsizliyə hədə törədən təhlükəli ideologiyalara bəraət qazandırılması, onları dəstəkləyənlərin qəhrəmanlaşdırılması cəhdlərini qətiyyətlə pisləyirik. Göstərdiyi şücaətə görə 123 həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın neft ehtiyatları 2-ci Dünya müharibəsində qələbənin təmin olunmasında həlledici rol oynayıb. Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Tarix boyu vətənini, suverenliyini və ərazi bütövlüyünü qorumaq naminə bütün fədakarlıqlara hazır olan xalqımızın müasir tarixi də parlaq qələbələrlə əlamətdardır. 44 günlük Vətən müharibəsində xalqımız beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün bərpası naminə səfərbər olaraq Ermənistanın hərbi işğalına son qoydu".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar