Xəzər Xəbər

Güclü külək bəzi rayonlarda fəsadlar yaradıb VİDEO

Veb TV | 15:34 • 7 Mart 2023
Güclü külək bəzi rayonlarda fəsadlar yaradıb

Şəki və Oğuz rayonlarında ötən gün axşam saatlarından başlayaraq bu gün səhər saatlarına qədər fasilələrlə güclü külək əsib.

Xezerxeber.az-ın məlumatına görə, külək daha çox Oğuz rayon ərazisində müşahidə olunub və bəzi fəsadlar törədib. İrigövdəli ağac aşıb, nəticədə  ərazidən keçən elektrik naqilləri qırılıb. Calut-1, Calut-2, Bucaq, Muxas, Baş daşağıl kəndləri və Malıx yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü külək Oğuzda  yerləşən fermanın dam örtüyünü qoparıb, metal örtük ərazidən keçən elektrik dirəklərinə çırpılıb. Bu səbəbdən 4 elektrik dirəyi aşıb, naqillər qırılıb. Nəticədə Oğuz şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Axşam saatlarından gücləndirilmiş iş rejiminə keçən Oğuz rayon paylayıcı elektrik şəbəkəsinin əməkdaşları əraziyə ezam edilib, hazırda  baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparır.

Xəbər lenti