Xəzər Xəbər

Qala-Pirallahı yolunda qəza olub VİDEO

Veb TV | 17:27 • 29 Oktyabr 2022
Qala-Pirallahı yolunda qəza olub

Qala-Pirallahı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, yağışlı havada KİA markalı avtomobilin qadın sürücüsü idarəetməni itirib və VAZ-2109 markalı maşınla toqquşub. Daha sonra isə yol kənarındakı yol nişanlarına və üzərində yük maşını olan evakuatora çırpılıb.

Hadisədə ölən və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur. (oxu.az)

Xəbər lenti