Xəzər Xəbər

Ərdoğan Paşinyanla gözlənilən görüşü barədə açıqlama verdi VİDEO

Veb TV | 17:44 • 1 Oktyabr 2022
Ərdoğan Paşinyanla gözlənilən görüşü barədə açıqlama verdi

“Can Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda sülhün bərqərar olacağına ümid yarandı”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

O qeyd edib ki, yaranmış yeni vəziyyətin regionda davamlı sülhə şərait yaratması üçün Türkiyə üzərinə düşəni edir:

“Biz Ermənistanla münasibətlərimizi yeni səviyyəyə qaldırmaq iradəmizi nümayiş etdirmişik. Ermənistan ona verilən sülh fürsətini yaxşı dəyərləndirməlidir. Ola bilsin ki, Praqa sammitində Paşinyanla görüş olsun”.

Mənbə: Haber Global

Xəbər lenti