Xəzər Xəbər

Qarabağda tarix yazanlar "XəzərXəbər" danışdı - Düşmən arxasına sızırdılar, kəşfiyyat məlumatları ötürür və lazımı anda... VİDEO

Veb TV | 22:20 • 26 Sentyabr 2022
Qarabağda tarix yazanlar "XəzərXəbər" danışdı -  Düşmən arxasına sızırdılar, kəşfiyyat məlumatları ötürür və lazımı anda...

Bir vaxtlar xəyal dediklərimiz onların sayəsində real oldu. İki il əvvələ qədər hər bayramda, yeni ildə "gələn bayramı Qarabağda, Şuşada keçirək" dediyimiz dualar onların sayəsində həyata keçdi. Kiminin canı, kimininsə sağlamlığı bahasına Qarabağ yenidən və bu dəfə əbədi Azərbaycandır. Necə bacardılar bunu, necə döyüşdülər? Vətən müharibəsindəki əməliyyatları igidlərimizin öz dilindən eşidək. Qara maskalılar dediyimiz SAT xüsusi təyinatlıları danışacaq. 

Bu, onların Vətən müharibəsində icra etdikləri yüzlərlə ağır tapşırıqdan sadəcə biri idi. Düşmən arxasına sızırdılar, kəşfiyyat məlumatları ötürür və lazımı anda qəfil hücumla onları məhv edirdilər. 

Hərbi dəniz qüvvələrinin xüsusi təyinatlısı Orxan Qədirov Vətən müharibəsində icra etdikləri ən ağır tapşırıqlardan danışır. İlk döyüşə Tərtərdən başladıqlarını deyir. Orada strateji təpələrdən birini ələ keçirdikdən sonra onlara cənub istiqamətində düşmənin eşolonlarını yarmaq əmri verilir. ''Dəniz pişikləri'' xüsusi təyinatlılarının ən ağır döyüşləri Qubadlının azad edilməsi zamanı olur. Əmr verildikdən heç bir gün ötməmiş şəhər Azərbaycan ordusunun nəzarətinə keçir

''Dəniz pişikləri''ni növbəti ağır sınaq Xocavənddə gözləyirdi. Bu dəfə isə onlara Qızılqaya yüksəkliyi və burada yerləşən düşmən alayının idarəetmə məntəqəsini ələ keçirmək tapşırığı gəlir. Özlərindən sayca dəfələrlə çox olan düşməni bu döyüşlərdə də xüsusi təyinatlılarımız məğlub edir. Burada 5 şəhid, 6-ı yaralımız olur.

Xüsusi təyinatlılarımıza dəstəyi həm də artilleriya bölmələrimiz verirdi. 10-12 km dərinlikdə olan düşmənin müşahidə məntəqələri və atəş nöqtələri dəqiq artilleriya zərbələri ilə dağıdılırdı.

Düşmənin bütün hərəkətləri dayandırılır və planları boşa çıxarılırdı. Azərbaycan ordusunun hücumuna mane olmaq cəhdləri heç bir nəticə vermirdi

Hücuma keçən əsgərin bir addımlığında həm də tibb işçiləri vardı. Yaralılara anında müdaxilə edir, yardım göstərirdilər. Müdafiə Nazirliyinin tibb xidmətinin Qubadlıda yerləşən səhra hospitalının tibb hissəsinin rəisi döyüşlər vaxtı yaralı hərbçilərimizin onları dəhşətə gətirdiyindən danışır.

Vətən müharibəsində düşmənlə döyüşdə şəhid olan və yaralananlar arasında tibb işçiləri də az deyildi. Füzulidə doğma kəndi uğrunda gedən döyüşlərdə yaralı hərbçilərimizi döyüş meydanından çıxarmaq istəyərkən snayperlə vurulan Hamlet Hüseynov kimi.

Bizə qələbəni yaşadan bu ruh idi. Xalq olaraq hər kəs qələbə üçün can atır və qələbədə payı olmasını istəyirdi. Nəticədə gözlənilən də oldu. Azərbaycan 30 ildən sonra öz torpaqlarını düşmən tapdağından azad etdi.

Xəbər lenti