Xəzər Xəbər

27 sentyabr Azərbaycanda Anım Günüdür VİDEO

Veb TV | 22:00 • 26 Sentyabr 2022
27 sentyabr Azərbaycanda Anım Günüdür

Sabah Vətən Müharibəsinin başlanmasının,, yəni Qarabağa gedən yola addım atmağımızın 2-ci ildönümüdür. Və Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması,, vətən həsrətinə son qoymaq, mülki əhalinin qorunması üçün canından keçən şəhidlərimizin anım günüdür. Vətəndaşların İkinci Fəxri Xiyabana  axını bu gündən başlayıb. Paytaxtın küçə və prospektlərində ''anım günü'' ilə bağlı hazırlıqlar isə başa çatıb. 

Sabah Azərbaycanda anım günüdür.

Anım günü ərəfəsində 2-ci Fəxri Xiyabana  gələn insanların ardı-arası kəsilmir. Xalq öz qəhrəman övladları ilə fəxr edir.

Millət vəkili Cavid Osmanov bildirib ki, 2 il əvvəl sentyabrın 27-dan başlayan və 44 gün davam edən müharibə nəticəsində rəşadətli Azərbaycan ordusu parlaq zəfər çalaraq 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. haqq, ədalət öz yerini tapdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, hər il sentyabrın 27-si  ölkəmizdə Anım Günü kimi qeyd edilir.

Xəbər lenti

Çox oxunanlar