Xəzər Xəbər

Bu şəxslərin əlillik təyinatı ilə bağlı MÜHÜM XƏBƏR VİDEO

Veb TV | 20:07 • 22 Sentyabr 2022
Bu şəxslərin əlillik təyinatı ilə bağlı MÜHÜM XƏBƏR

Sentyabr ayının 12-14-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alan zaman yaralanan hərbçilərimizin əlillik təyinatı prosesi asanlaşdırılıb. Bu məqsədlə Tibbi Sosial Ekspertiza Agentliyi tərəfindən sözügedən hərbçilər ziyarət olunaraq onlara əyanı baxış keçirilib. İlkin olaraq 50-yə yaxın hərbi qulluqçuya əlillik təyinatı üzrə müayinələr aparılıb.

Yaralı hərbçilərimizin əlillik təyinatı prosesi asanlaşdırılıb.

Söhbət sentyabr ayının 12-14-də ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alan zaman yaralanan hərbçilərimizdən gedir. Sözügedən hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb. Dövlət tibbi ekspertiza və reabilitasiya agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu, müdafiə nazirliyinin baş klinik hospitalında və dövlət sərhəd xidmətinin hərbi hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirilib.

Dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov əlavə edib ki, yaralı hərbçilərimiz onlara verilmiş şəhadətnamə əsasında qeydiyyatda olduqları poliklinikaya müraciət edirlər. Hazırda həyata keçirlən əyani müayinə üsulu isə bütün bu prosesin müddətini azaltmaq üçündür. Yəni təyinat üçün müraciət edən hərbçilərimiz vaxt itirməli olmayacaq.

Qurumun rəsmisi onu da bildirdi ki, ilk növbədə 50-yə yaxın hərbçimizə əlillik təyinatı üzrə baxışlar keçirilib və bu proses mütəmadi olaraq davam etdiriləcək.

Xəbər lenti

Çox oxunanlar