Xəzər Xəbər

Əhaliyə VACİB XƏBƏR – Ordumuzun sərhəddəki uğurları AÇIQLANDI VİDEO

Düşmənin 53 döyüş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb
Veb TV | 21,789 | 20:30 • 15 Sentyabr 2022
Əhaliyə VACİB XƏBƏR – Ordumuzun sərhəddəki uğurları AÇIQLANDI

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata ordumuz lazımi səviyyədə cavab verdi.  Onlara elə ciddi zərbə vuruludu ki, bundan sonra çətin ki, özlərinə gəlsinlər. Keçirilən əməliyyatla düşmənin 53 döyüş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb. Hərbi ekspert Ədalət Verdiyev hərbçilərimizin növbəti uğurlarını şərh edib. 

Erməni silahlı qüvvələrinin törətdiyi təxribat təkcə çoxlu sayda itki vermələri ilə nəticələnmədi.Azərbaycan ordusunun təxribata cavab olaraq həyata keçirdiyi əməliyyatla bir sıra vacib yüksəkliklər azad olundu.

Müdafiə Nazirliyindən ''Xəzər Xəbər''ə verilən məlumata görə, əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu  yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 radarı, 3 ədəd S-300 buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq  yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var.

Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.

Nazrilikdən bildirilib ki,qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə sistemi çökdürülüb. Həmçinin qarşı tərəfə məxsus 1 ədəd radioelektron mübarizə  vasitəsi , 20-dək ədəd top və haubitsa, 10-dan çox minaatan və 6-sı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus 1-i sursatla dolu olmaqla 3 ədəd KAMAZ, 1 ədəd URAL və 1 ədəd UAZ markalı avtomobil və 3 ədəd mühəndis texnikası, 3 ədəd minaatan, 1 ədəd "İqla-S" daşınan zenit-raket kompleksi qənimət olaraq ələ keçirilib.Bununla yanaşı,135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, 2 ədəd optik cihaz, 2 ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib. Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklır nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.

Hərbi eskpert Ədalət Verdiyev deyir ki, sentyabrın 12-14-də keçirilən əməliyyatlarla Azərbaycan növbəti mühüm Qələbəyə, Zəfərə imza atdı.Belə ki,ordumuzun hissə və bölmələri,Xüsusi təyinatlılarımız və komando bölmələrimiz düşmənin atəş açan,təxribat törədən mövqelərinə,dərinlikdə yerləşən atəş vasitələrinə, o cümlədən zenit-raket kompleksələrinə sarsıdıcı zərbələr vurdular.Bununla da Ermənistanın təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısı alındı.

Ədalər Verdiyev deyir ki, ordumuz keçirilən əməliyyatla  hündürlüyü 2906 metr olan Dərinçala,hündürlüyü 2748 metr olan Ağdaş ,hündürlüyü 2851 metr olan Qılıncdağ, eləcədə  2338.6 və 2484 m adsız yüksəklikləri düşməndən azad edib. 


Hərbi ekspert bildirdi ki, artıq qeyd olunan dağ zirvələrində Azərbaycan ordusu tam gücü ilə yerləşib. Hazırda həmin ərazilərə təminat yollarının çəkilməsi, mövqelərin mühəndis-istehkam baxımından  təchiz olunması və şəxsi heyətin təhlükəsizliyi üçün zəruri olan bütün addımlar atılır.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri sentyabrın 12-dən etibarən dövlət sərhədində ciddi təxribatlar törədiblər. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmən mövqeləri darmadağın edilib.

Xəbər lenti

Çox oxunanlar