Xəzər Xəbər

Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır! VİDEO

Veb TV | 20:23 • 15 Sentyabr 2022
Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır!

Tarix dəyişir, ama bəzi dəyərlər heç zaman dəyişmir. Azərbaycan-Türkiyə qardaşlığı kimi. 15 sentyabr 1918-ci il. Həmin gün Bakı erməni-bolşevik birləşmələrin əsarətindən qurtuldu. Osmanlı ordusunun Azərbaycana dost-qardaş əlini uzatması o vaxt məkrli planlar quran qüvvələrin arzusunu puç etdi. Türkiyə Azərbaycana tarix boyu öz mənəvi-siyasi dəstəyini nümayiş etdirib. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda 2020-ci il sentyabrın 27-də başlayan vətən müharibəsində olduğu kimi. 

104 il əvvəl qardaş çətin vəziyyətdə olan qardaşına yardım əlini uzatdı.

1918-ci il 15 sentyabrda Bakının azad edilməsində Osmanlı ordusunun Azərbaycana dost-qardaş əlini uzatması o vaxt məkrli planlar quran qüvvələrin arzularını üzərində  qoydu.

Bakı azad edilərək Azərbaycanın paytaxtı kimi qorunub saxlanıldı. Daha sonra Bakı siyasi -iqtisadi gücə çevrildi.

Bu gün Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri ən yüksək dövrini yaşayır. İki ölkə arasında imzalanan Şuşa bəyannaməsi bunun bariz nümunəsi idi.

Bakını işğaldan çiyin-çiyinə azad edildiyi kimi Qarabağın azad olunmasında da Türkiyənin mənəvi və siyasi  dəstəyi də bu prosesin davamı idi. Bütün bunlar iki ölkə arasındakı həm əməkdaşlığı, həm də müttəfiqlik və qardaşlıq, dostluq əlaqələrini möhkəmləndirən ən vacib amillərdəndir. 

Xəbər lenti