Xəzər Xəbər

Azərbaycanda yeni dərs ili BAŞLADI VİDEO

Veb TV | 20:14 • 15 Sentyabr 2022
Azərbaycanda yeni dərs ili BAŞLADI

Bu dəfə əllərində gül-çiçək deyil, üçrəngli şanlı bayrağımızı daşıdılar. Bu gün əllərində gül-çiçək deyil, vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin şəkillərini saxladılar. Bununla da bütün dünyaya mesaj verdilər. Xalqımızın necə mübariz, vətənpərvər olduğunu göstərdilər. 2017-ci ildə ilk dərs "Tarixi Torpaqlara Qayıdış" adı ilə Cocuqmərcanlıya həsr olunmuşdu.  İllər keçdi. Məhz rəsimlərini tutduqları qəhrəman oğullarımızın sayəsində bugün birincilər ''Qarabağ Azərbaycandır'' dedilər.

Dərsə sevinə- sevinə gələnlərdə oldu, Məktəbə gəlmək istəməyib ağlayanlarda.

Bu gün paytaxt məktəblərində balaca mələklərin, birincilərin günüdür.

Bu dəfə birincilərin partalarını isə çiçəklər yox, 3 rəngli bayrağımız bəzədi.

Məktəbə hazırlıqlı gələnlərlə bərabər, məktəb dərs adını eşitmək istəməyib evdə gedib oynamaq istəyəndə vardı.

Bəziləri isə indidən özlərinə peşə seçimi də etmişdilər. Məktəblilər qədər onların müəllimləri və valideynləridə  həyəcanlı idilər.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində şagirdlərin ümumi sayı 1milyon  616min 214 nəfərdir. 158 min297 şagird isə sinifdə təhsil alacaq.

Xəbər lenti