Xəzər Xəbər

FHN yanan evi belə söndürdü VİDEO

Veb TV | 11:10 • 9 Avqust 2022
FHN yanan evi belə söndürdü

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xezerxeber.az FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda mobil rabitə operatorun qülləsinə çıxaraq intihara cəhd edən 1 nəfər və Masallı rayonunun Öncəqala kəndində su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalmış 1 nəfər azyaşlı xilas edilib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024