Xəzər Xəbər

Ərdoğandan Ermənistana MÜHÜM ÇAĞIRIŞ VİDEO

Türkiyə lideri Cənubi Qafqazdakı proseslərdən də danışıb
Veb TV | 21:00 • 8 Avqust 2022
Ərdoğandan Ermənistana MÜHÜM ÇAĞIRIŞ

''Döyüş meydanında güclü olmadan, danışıqlar masası arxasında nəyəsə nail olmağın çətinliyi ortadadır. azərbaycan torpaqlarının işğaldan azad olunması bunun bariz nümunəsidir''. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışı zamanı deyib.

Türkiyə lideri Cənubi Qafqazdakı proseslərdən də danışıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Ermənistanı təxribat törətməməyə çağırıb.

''Əldə olunan razılaşmalarla Cənubi Qafqazda yeni bir dövr başlayıb''. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan 13-cü Səfirlər Konfransında çıxışı zamanı bildirib. O qeyd edib ki, Ermənistanın prosesləri doğru qiymətləndirərək Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin sabitliyə qovuşacağına inanıram.

Türkiyə prezidenti bildirib ki, döyüş meydanında güclü olmadan, danışıqlar masası arxasında nəyəsə nail olmağın çətinliyi ortadadır. Azərbaycan torpaqlarının işğaldan azad olunması bunun bariz nümunəsidir.

Konfransda çıxış edən Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu isə Azərbaycana bir daha dəstək verdi. Ermənistana isə xəbərdarlıq etdi. Onları yeni təxribatlar törətməməyə çağırıb.

O, Londondakı səfirliyimizə hücumu da pısləyib və  bunun qəbuledilməz olduğunu deyib. 

 

         

 

 

 

 

 

 

 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024