Xəzər Xəbər

Babadağda köməksiz qaldılar... VİDEO

Veb TV | 21:45 • 6 Avqust 2022
Babadağda köməksiz qaldılar...

İsmayıllı rayonunun Lahıc Qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər gecə saatlarında itkin düşüb. Dərəyə düşən bu şəxslərdən biri dünyasını dəyişib. 3 nəfər isə olduqları yerdən çıxarılaraq ailələrinə təhvil verilib.

Babadağ ziyarətgahından qayıdan İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər. Kənd sakini 1968-ci il təvəllüdlü Mübariz Məmmədov ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedən kənd sakinləri 2002-cı il təvəllüdlü Niyyət  Xudaverdiyev, 2006-cı il təvəlüdlü Ağa Xudaverdiyev  və qardaşı 2008-ci il təvəllüdlü Emil Xudaverdiyev də yağışlı havada ayaqları sürüşərək yıxılıblar. Dərədə köməksiz qalan şəxslər valideynlərinə zəng edərək kömək istəyiblər.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məluamat daxil olan kimi nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Babadağ dağında köməksiz vəziyyətdə qalan 3 nəfəri  sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər. Onlar həkim nəzarətindən də keçiblər.

Həlak olmuş Mübariz  Məmmədovun cəsədi mürəkkəb relyefli dağlıq ərazidən çıxarılıb.

Xəbər lenti