Xəzər Xəbər

Bakının bu ərazisi zibil içindədir VİDEO

Zibil qutuları niyə yoxa çıxıb?
Veb TV | 22:00 • 6 Avqust 2022
Bakının bu ərazisi zibil içindədir

Sabunçu rayonu, Ramana qəsəbəsi Samir Əliyev küçəsində olan zibil qutuları götürülüb. Sakinlər isə tullantıları atmağa zibil qutuları tapmadığından yerə atırlar. Nəticədə antisanitar vəziyyət yaranır. zibil yeşiklərinin qəfil yoxa çıxmasının səbəbi nədir?

Zibil qutuları yoxsa çıxdığından sakinləri tullanatıları yerə atırlar.

Sakinlərin sözlərinə görə zibillər çox olduğun görə bəzən od vurub yandırmağa məcbur olurlar.

Araşdırma nəticəsində məlum olub ki, zibil qutuları Surxanı Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb. İcra hakimiyyətindən bidirilib ki, Ramana qəsəbəsi Sabunçu rayonu ərazisinə daxil olduğuna görə, öz zibil yeşiklərini həmin ərazidən götürüblər.

Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Osmanov bildirib ki, hadisədən xəbərdardılar. Ərazi artıq təmizlənib və yeni zibil yeşikləri qoyulub.

Xəbər lenti