Xəzər Xəbər

İş axtaranların DİQQƏTİNƏ: Özünüzü və pulunuzu bu adamlardan qoruyun! VİDEO

Veb TV | 19:35 • 3 Avqust 2022
İş axtaranların DİQQƏTİNƏ: Özünüzü və pulunuzu bu adamlardan qoruyun!

Şəkinin Çayqaraqoyunlu kəndinin sakinlərindən 7 nəfəri aldadılaraq pulları mənimsənilib. Məlum olub ki dələduzlar onlradan işə düzəltmək adı ilə xeyli pul götürüb. İndi vətəndaşlar həmin şəxslərlə əlaqə qura bilmirlər.

Dövlət Qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadıblar.

Şəkinin Çayqaraqoyunlu kəndinin bir qurup sakini dələduzların hədəfinə tuş gəlib. Kəndə gələn Ruslan adlı şəxs sakinləri inandırıb ki, onların övladlarını dövlət quruman işə düzəldəcək. Kənd sakinləri iddia edir ki, həmin şəxs 7 nəfərdən fərqli məbləğlərdə pul yığaraq 42 min manatı mənimsəyib.

Vətəndaşların dələduzlara inanmasına səbəb pulları ödəmə terminalına köçürmələri olub.

Sakinlər onu da bildiriblər ki, Ruslan Məmmədov tək olmayıb. Çayqaraqoyunlu kənd sakini Nicatın da dələduzluqda əli var. Ruslan məmmədov və onun sürücü ilə əlaqə saxlaya bilməsək də Nicatla danışmaq mümkün oldu..Nicat əməkdaşımıza bildirib ki, Ruslan Məmmədov onun da pulunu mənimsəyib.

DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan Mahir Məsimov sorğumuza cavab olaraq bildirdi ki faktla əlaqədar  müraciət daxil olduqdan sonra zərərçəkənlər polis şöbəsinə dəvət olunaraq izahatları alınıb hazırda müvafiq  olaraq araşdırmalar aparılır.

Xəbər lenti