Xəzər Xəbər

Dövlət İmtahan Mərkəzi güzəştlərin detallarını açıqladı VİDEO

Veb TV | 19:43 • 3 Avqust 2022
Dövlət İmtahan Mərkəzi güzəştlərin detallarını açıqladı

Baş nazir Əli Əsədov Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlərin edilməsi barədə qərar imzalayıb. Dövlət İmtahan Mərkəzi Nazirlər Kabinetinin imtahan güzəştləri ilə bağlı qərarına aydınlıq gətirib.

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərdə güzəştlər ediləcək.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən imtahanlar güzəştli tariflərlə keçiriləcək.

Xanlar Xanlarzadə yeni tariflər və hansı güzəştlərin   hansı məbləğdə olacağına diqqət çəkib. 

Bundan əlavə,  şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Xəbər lenti