Xəzər Xəbər

Şuşada beynəlxalq konfrans keçirilir VİDEO

Veb TV | 15:38 • 3 İyul 2022
Şuşada beynəlxalq konfrans keçirilir

İyulun 3-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir.

Xezerxeber.az xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, TDT-nin rəsmiləri və quruma üzv ölkələri Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Tədbirdə əsasən TDT-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı, Qırğızıstan tərəfindən təklif edilmiş Mərkəzi Asiya və Cənubi Qafqaz Regionlararası Platformasının gələcəyi, regiondakı yeni geosiyasi reallıqlar və bunun Türk Dövlətləri Təşkilatına təsiri və quruma üzv ölkələri birləşdirən orta dəhlizin rolunun artırılması imkanları, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə mövzusu olacaq.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:

Xəbər lenti