Xəzər Xəbər

Türkiyə idarə olunan raket sistemini sınaqdan keçirib VİDEO

Veb TV | 09:30 • 3 İyul 2022
Türkiyə idarə olunan raket sistemini sınaqdan keçirib

Türkiyə quruda mobil raket sistemindən atılan ATMACA idarə olunan raketi ilə Qara dənizdə müəyyənləşdirilmiş hədəfi vurub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

ATMACA idarə olunan raketi ilk dəfə qurudan idarə olunan raket sistemindən dənizdəki hədəfi məhv etmək üçün buraxılıb.

Türkiyənin gəmi əleyhinə ilk raketi olan ATMACA uzaq məsafədə hədəfi dəqiqliklə vurub.

“Roketsan” şirkətinin istehsalı olan ATMACA 200 km məsafədə hədəfi məhv etməyə qadirdir.

Xəbər lenti